|
NAXÇIVANDA REFERENDUM ZAMANI QANUN POZUNTULARINA RAST GƏLİNİB |
|
|
|
25.03.2009 23:09 |
 18 mart 2009-cu ildə keçirilən ümumxalq səsverməsində (referendum) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) Naxçıvan bölgə müxbirləri Naxçıvan Muxtar Respublikasında (MR) 1 saylı Şərur-Sədərək, 2 saylı Şərur, 3 saylı Babək-Kəngərli və 4 saylı Naxçıvan şəhər Dairə Seçki Komissiyaları (DSK) ərazisində olan bir sıra Məntəqə Seçki Komissiyalarında (MnSK) olmuş, səsvrmə zamanı ciddi qanun pozuntularını müşahidə etmişlər.
Belə ki, 1 və 2 saylı DSK ərazisidəki MnSK-larda çəkiliş aparılması münkün olsada, 4 saylı Naxçıvan şəhər DSK-nın ərazisində fəaliyyət göstərən MnSK-larda məntəqə sədirləri şəkillər çəkməyə icaizə verməyiblər. 2 və 3 saylı DSK-da Yeni Azərbaycan Partiyasını (YAP) və hakimiyyətə yaxın QHT-ləri təmsil edən müşahidəçilər, MnSK üzvüləri, açıq şəkildə seçkiyə müdaxilə edib. Onlar açıq şəkildə kabinalarda seçicilərə səs verməkdə kömək edərək dəyişiklikləri nəzərdə tutulan maddələrin lehinə səs verilməsini təmin ediblər. MnSK üzvüləri isə həmçinin seçicilərə əvvəlcədən işarələnərək hazır şəkildə olan blütenlər vermiş və bir çox hallarda özləri qutulara topa bületenlər atmışlar. MnSK-ların əksəriyyətində istifadə olunmamış bülletenləri nömrə olan künclərinin topa halda kəsilməsi hallarına rast gəlinib. Referendumda iştirak etməyən seçicilərin əvəzində MnSK üzvüləri seçicilərin imza vərəqələrinə imza ataraq bületenləri seçki qutularına doldurub. 1-27 sayli MnSk-da 300 nəfərin həmən ərazidə faktiki yaşamadığı halda onların əvəzinə referendumda imza atılaraq səs verilib. Referendiumun nəticələri haqqında yekun protokollar MnSK-larda müşahidəçilərə, MnSK üzvülərinə və mətbuat nümayəndələrinə verilməyib və MnSK-ların qarşısından hüsusi lövhəyə asılmayıb. Demokratiya və QHT-lərin Resurs İnkşaf Mərkəzi İB da Naxçıvanda keçirilən referendumu izləyib. Mərkəzindən RATİ-nin Naxçıvan bölgə müxbirinə bildirildiyinə görə, müşahidə olunan seçki məntəqələrində prezident seçkilərindən fərqli olaraq seçicilərə seçim edilməsi istiqamətində təsirlər, səlahiyyətsiz şəxslərin seçkiyə müdaxilə etməsi və prosesi istiqamətləndirməsi, seçki qutusuna məntəqə üzvləri tərəfindən seçki bülletenlərinin kütləvi doldurulması hallarını müşahidə etmişlər. Müşahidə aparılmış məntəqələrdə barmaqların gözə görünməz mürəkkəblə işarələnməsi proseduruna və mürəkkəbin olub-olmamasının yoxlanmasına əməl olunmamış, bəzi məntəqələrdə isə çox səthi həyata keçirilmişdir. Bülletenlərin gizli şəkildə cızılması zamanı 29 maddədən ibarət əlavə və dəyişikliklərə münasibətin bildirilməsi 30-35 saniyə vaxt sərf olunması ilə müşahidə edilib. Halbuki, normal olaraq bu müddət bir seçicinin 3-5 dəqiqə arası səsverməsi ilə sınaqdan keçirilib. Resurs Mərkəzi müşahidə etdiyi 85 seçki məntəqəsinin hamısında bu halları müşahidə edib. Referendumun nəticəsi ilə bağlı müxbirimiz yerli partiya təşkilatlarına müraciət edib. “Ümüd” partiyasının Naxçıvan təşkilatının sədri Faiq Əliyev da referenduma öz münasibətini bildirib: “Əhali referendum boykot etdi. Bu səbəbdən də referendum saxtalaşdırıldı. MnSk-larda təmsil olunan üzvülərimizin və özümüzün müşahidəsinə və əldə olan faktlara əsasən deyə bilərik ki, referndiumda 15 faizə yaxın seçici iştirak edib. “Karusel” işlənib və avtobuslar adamları səs vermək üçün müxtəlif məntəqələrə daşıyıb. Ümumilikdə ciddi qanun pozuntularına rast gəlinib. Biz hesab edirik ki, referndum baş tutmadı və əhli konstitusiya dəyişikliyinə yox dedi”. Müsavat Partiyasının Naxçıvan təşkilatının sədri M.Babayev də Naxçıvanda əhalinin seçkini boykot etdiyini, referendumda ciddi qanun pozunularının olduğunu və referendiumun baş tutmadığını bildirib.
H. Mehdiyev E. Abbasov
|