Baş səhifə
Xəbərlər
Analitika
Foto qalereya
Fayllar kataloqu
Axtar
Əlaqə
 

 


Receive HTML?

 
 
ŞƏRUR RAYONUNDA ƏHALİNİN MÜLKİYYƏT HÜQUQU POZULUR Çap et E-Məktub
20.05.2009 16:26
Naxçıvan - Sədərək magistral yolun genişləndirilməsi nəticəsində yol kənarında yerləşən kəndlərin əhalisinə ciddi ziyan dəyir.

Yolun tikintisi zamanı plana düşən kənd sakinlərinin mülkiyyətində  olan daş hasarlar, tövlələr, hamamlar, evlərin bir hissəsi sökülür,  meyvə ağacları kütləvi şəkildə kəsilir. Mülkiyyətinə ziyan vurulan əhaliyə isə  heç bir kompensasiya ödənilmir.

 

Habelə tikilən yol Şərur rayon Zeyvə kəndində yaşayış evlərinin 5-15 metrliyindən  keçir və ağır tonnajlı maşınların daima magistralla hərəkəti əhalinin narahatlığına səbəb olur, evlər silkələnir, hətta bəzi  evlərin divarlarında çatlar əmələ gəlir. Həmçinin yol kənarında yerləşən həmin evlərin əhalisi ağır şəraitdə yaşayır.

Məlumatı RATİ-nin Naxçıvandaki bölgə müxbirlərinə zərər çəkmiş bir qrup Şərur rayon Zeyvə kənd sakin bildirib. Müxbirlərimiz həmin ərazidə olaraq hadisəni araşdırıblar.

 

“59-cu ildən bu ev tikilib. Evimizin və həyətyanı sahəmizin sənədləri qaydasındadır. Lakin bir həftə bundan əvvəl “Gəmiqaya”  şirkətinə məxsus bir neçə işçi gəlib həyətimizdə işarə vurublar. Bildiriblər ki, yol buradan keçəcək. Onların işarələmələrinə görə evimin hasarı, tövləm, dükanım, hamamım, su quyusu və torpaq sahəmiz əlimizdən alınır. Bütün bunların müqabilində  bizə kompensasiya da vəd edilməyib. Yol isə evin 2-3 metrliyindən keçəcək. Bu isə ailəmizin həyatı üçün də təhlükə yaradır. Əvvəllər də bir neçə dəfə burada yol qəzası olub. Qəza nəticəsində maşın aşaraq həyətimizə düşüb. Ailəmiz 6 nəfərdən ibarətdir. Yalnız anam təqaüd alır. Mən isə işsizəm. Ara-sıra Türkiyədə gedib işləyirəm. İqtisadi cəhətdən vəziyyətimiz çox ağırdır. Yəni, mənim başqa yerdə tikinti aparmaq, ev almaq imkanım da yoxdur. Haqqımı tələb etdiyim üçün də mənə daima mənəvi-psixoloji təzyiqlər edilir . Əgər dövlət bizə dəymiş ziyanı ödəməsə ailəmin burada yaşaması mümkün olmayacaq. 3 körpə uşağım və anamla birlikdə küçədə qalacağıq”. Bunu RATİ-nin müxbirlərinə Nazim Mahmudov bildirdi:

 

“Ailəmə və vəziyyəti ağır olan Şərur rayon Zeyvə kəndinin sakinlərinə köməklik göstərilməsi üçün  Azərbaycan Respublikasının prezidentinə, Milli Məclisə, bütün aidiyyatı olan qurumlara və insan haqlarını müdafiə edən bütün təşkilatlara müraciət edirəm”, - deyə N.Mahmudov bildirdi.

 

Zeyvə kəndinin sakini Sədaqət Rzayevanın isə bildirdiyinə görə, o 10 yaşlı oğlu ilə birlikdə yaşayır. Onların da evlərinin və torpaq sahələrinin bir hissəsi magistral yolun tikintisi üçün əllərindən alınacaq. Uzun müddətdir ki, yaşadıqları evlər su içindədir. Azyaşlı oğlu və özü xəstəlikdən əziyyət çəkir. Evlərinin nəm zirzəmisindən isə tez-tez müxtəlif həşəratlar çıxır. Hər gün qorxu içində yatıb qalxırlar. Dəfələrlə aidiyyatı orqanlara müraciət etsələr də heç bir nəticəsinin olmadığını qeyd etdilər.

 

Müxbirlərimiz Zeyvə kəndində olarkən onlarla sakin onlara müraciət edərək eyni problemlərlə üzləşdiklərini, çarəsiz vəziyyətə düşdüklərini bildiriblər. Müxbirlərimiz həmin sakinlərin yaşadıqları ünvanlarda da olaraq  həqiqətən mülkiyyətlərinin əllərindən alınmasının şahidi olublar.

 

Məsələ ilə bağlı Zeyvə kənd İnzibati Ərazi üzrə İcra nümayəndəsi Rasim Məmmədova müraciət etdikdə isə, o, mülklərin kim tərəfindən söküldüyünü, kompensasiyanın verilib-verilməyəcəyi ilə bağlı yaranmış sualı cavablandırmağa çətinlik çəkib: “Bu haqda məlumatım yoxdur. Lakin zirzəmilərdən suyun təmizlənməsi və dezinfeksiya olunması  üçün göstəriş verilib. Bir neçə gün ərzində bu istiqamətdə tədbir görüləcək”.

 

            Magistral yolun tikintisi ilə məşğul olan “Gəmiqaya” MMC şirkətindən isə,  əməkdaşlarımıza bildirilib ki, onlar yalnız yolun tikintisi ilə məşğuldurlar və əhalinin mülkiyyətinin hansı şirkət tərəfindən söküldüyü və onlara kompensasiyanın verilib-verilməyəcəyi barədə məlumatsızdırlar.

           

Xatırladaq ki, Naxçıvan-Sədərək magistral yolunun tikintisi 2008-ci ilin fevral ayının 10-dan başlanıb və bu ilin sonuna qədər 86 km yolun tikintisinin başa çatdırılması nəzərdə tutulur. Artıq yolun böyük bir hissəsi tikilib.

 

E. Abbasov

H. Mehdiyev 

 
< Əvvəlki   Sonrakı >
 
 
03.03.2010 23:23
HAMMERBERQİN NAXÇIVAN SƏFƏRİ BAŞA ÇATIB

Bu gün axşam saatlarından (03.03.10) Avropa Şurasının İnsan Hüquqları üzrə Ko...
03.03.2010 14:10
AVROPA ŞURASININ İNSAN HÜQUQLARI ÜZRƏ KOMİSSARI TOMAS HAMMERBERQ NAXÇIVANA SƏFƏR EDİB

Dünən (02.03.10) Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Tomas Hammer...
01.03.2010 18:46
DEPUTATIN DEDİKLƏRİ RZA NURİYEİN AİLƏSİNİN ETİRAZINA SƏBƏB OLUB

AXCP Culfa rayon təşkilatının sədri, Bənəniyar hadisələri zamanı qanunsuz olaraq 17 gü...
24.02.2010 16:16
RZA NURİYEV BU GÜN DOĞMA KƏNDİNDƏ TORPAĞA TAPŞIRILDI

 AXCP Culfa rayon təşkilatının sədri, Bənəniyar hadisələri zamanı qanunsuz olaraq 17 ...
23.02.2010 22:42
POLİSİN 17 GÜN QANUNSUZ OLARAQ SAXLADIĞI RZA NURİYEV AZADLIĞA ÇIXDIQDAN BİR AY SONRA VƏFAT ETDİ

AXCP Culfa rayon təşkilatının sədri, Bənəniyar hadisələri zamanı qanunsuz olaraq 17 gü...
20.02.2010 18:30
ŞƏRURDA MÜƏLLİMLƏRDƏN ƏLAVƏ ÖDƏNİŞ TƏLƏB OLUNUR

Şərur rayon Təhsil Şöbəsi tərəfindən müəllimlərdən hər ay qanunsuz olaraq elek...
17.02.2010 18:05
NEHRƏMLİ BAKIDA QAÇQIN STATUSU İSTƏYİR…

Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kənd sakini Sahib Hüseynov fevr...
16.02.2010 18:42
“DEMOKRATİYA VƏ QHT-NİN İNKİŞAF RESURS MƏRKƏZİ” İCTİMAİ BİRLİYİNDƏ VERGİ YOXLAMALARI DAHA BİR AY DAVAM EDƏCƏK

Naxçıvanda “Demokratiya və QHT-nin İnkişaf Resurs Mərkəzi” İB-də  ve...
16.02.2010 18:40
ETİQAD VƏ SƏRBƏST HƏRƏKƏT ETMƏK AZADLIĞI POZULAN AXUND ACLIQ AKSİYASI KEÇİRƏCƏK

Şərur rayon Muğanlı kənd sakini, Bakı İslam Universitetinin məzunu, İran İslam Respublikas...
13.02.2010 02:47
FERMERLƏR DÖVLƏTİN YARDIM OLARAQ ONLARA AYIRDIĞI GÜBRƏNİ ALA BİLMİRLƏR

Naxçıvan Muxtar Respublikasında fermerlər əkin sahələri üçün dövl...
Xəbərlər arxİvİ
« 10 Mart 2010 »
BEÇAÇCACŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031       
RSS xəbərlər
© 2008 All rights reserved "IRFS"
Bu sayt ABŞ səfirliyinin dəstəyi ilə yaradılıb - http://azeri.azerbaijan.usembassy.gov
Bu sayt Böyük Britaniya səfirliyinin dəstəyi ilə yaradılıb - http://ukinazerbaijan.fco.gov.uk/az
Bu sayt Norveç səfirliyinin dəstəyi ilə yaradılıb -  http://www.norway.az