|
NAXÇIVANDA QHT-LƏRƏ DÖVLƏT DƏSTƏYİ ŞURASI YARADILDI |
|
|
|
20.05.2009 16:28 |
|
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması haqda Ali Məclisin sədri Vasif Talıbov fərman imzalayıb.
Fərmanda Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə tapşırılıb ki, QHT-lərə Dövlət Dəstəyi Şurası katibliyinin xərclər smetasını və işçilərin sayı müəyyən etsin və Muxtar Respublika üçün əhəmiyyət kəsb edən proqram və layihələrin həyata keçirilməsinə QHT-ləri cəlb etmək məqsədilə hər il dövlət büdcəsinin layihəsi təsdiq edilərkən bu məqsədlə də müvafiq vəsaitin ayrılması nəzərdə tutulsun.
Fərmanda həmçinin Muxtar Respublika Maliyyə Nazirliyinə tapşırılıb ki, QHT-lərə nəzərdə tutulmuş vəsaitin istifadə edilməsi qaydasını təsdiq etsin.
E. Abbasov
|