|
JURNALİSTİN MÜSTƏNTİQƏ QARŞI QALDIRDIĞI İDDİA TƏMİN OLUNMADI |
|
|
|
04.07.2009 15:07 |
 RATİ-nin Naxçıvandakı bölgə müxbiri Həkimeldostu Mehdiyevin Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müstəntiqi Hikmət Əliyevin fəaliyyətsizliyi barədə Naxçıvan şəhər Məhkəməsində qaldırdığı iddia təmin olunmayıb.
11 iyun 2009-cu il tarixdə H.Mehdiyev Naxçıvan şəhər Məhkəməsində müstəntiq H.Əliyevə qarşı iddia qaldırıb və 19 iyun 2009-cu il tarixdə saat 10.00-da məhkəmə prossesi keçirilib. Məhkəmənin vaxtı haqda bildirişin müxbirə prosses keçirildikdən sonra təqdim edildiyi üçün iddiaçı prosesdə iştirak edə bilməyib. İyulun 2-də iddiaçının ünvanına məktub vasitəsi ilə məhkəmənin qərarı daxil olub. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq hadisədən sonra 20 gün müddətində cinayət işinin açılması ilə bağlı müxbirin yazılı olara müstəntiq Hikmət Əliyevə ərizə ilə müraciət etməməsiniə görə Naxçıvan şəhər Məhkəməsi iddianı rədd edir”, - deyə qərarda qeyd olunur.
Xatırladaq ki, 31 yanvar 2009-cu il tarixdə saat 10:00-da RATİ-nin Naxçıvandakı bölgə müxbiri Həkimeldostu Mehdiyev müxalifət partiyalarının Azərbaycan Xalq Cümhürriyyətinin banilərindən biri olan Məmməd Əmin Rəsulzadənin anadan olmasının 125 illiyi münasibətilə “Ümüd” Partiyasının qərərgahında keçirdikləri toplantıdan reportaj hazırlayarkən İsmayıl İsmayılov adlı şəxs tərəfindən fiziki təzyiqə məruz qalıb. O, Mehdiyevi nalayiq ifadələrlə təhqir edib və sonra masanın üzərində olan külqabını götürərək jurnalistə atıb. Atılan külqabı Mehdiyevin sol gözünün altından (almacıq hissədən) dəyib və jurnalist xəsarət alıb. Baş vermiş hadisə ilə bağlı rəsmi qaydada Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə müraciət olunub və şikayət ərizəsi DİN-in müstəntiqi Hikmət Əliyevin icraatina verilib. Amma müstəntiq bu müddət ərzində baş vermiş hadisə ilə bağlı heç bir tədbir görməyib və ya gördüyü tədbirlər barədə zərərçəkmişə hər hansi bir məlumat verməyib. Jurnalistə xəsarət yütirən şəxs də hazırda azadlıqdadır.
E. Abbasov
|