|
AXUNDU VƏ ONUN MÜAVİNİNİ QƏTLƏ YETİRƏN MOLLANIN ATASI ÖLDÜ |
|
|
|
01.02.2010 16:35 |
 Şərur şəhər məscidində yanvarın 30-da qanlı qətl hadisəsi törədən 1978-ci il təvəllüdlü Qasım Məmiyevin atası 70 yaşlı Əli Məmiyev baş verənlərə dözə bilməyib və dünən (31 yanvar) ürək tutmasından dünyasını dəyişib. Bu barədə RATİ-in Naxçıvandakı müxbirinə Qasım Məmiyevin ailə üzvləri məlumat verib.
Habelə Məmiyevlər “İctimai” televiziyada “Çarçı ” xəbərlər proqramında gedən xəbərə də etirazlarını bildiriblər: “Xəbərlərdə Qasım Məmiyevin qətl hadisəsi törətdikdən sonra polislər tərəfindən yaxalandığı vurğulanıb. Hadisəni törətdikdən sonra Qasım özü polisə təslim olub. Xəbərin o şəkildə verilməsi onun işini daha da ağırlaşdırır. O, ağır şəkər xəstəsidir. Üç körpə uşağı var. İslam Universitetinin sonuncu kursunda oxuyurdu. Savadlı olduğu üçün həmişə sözün düzünü deyirdi. Bu səbəbdən onun dini mərasimlərdə iştirak etməsinin qarşısı alınırdı. Sonda çıxış yolu tapa bilməyib bu hadisəni törədib”. Xatırladaq ki, yanvarın 30-da Şərur şəhər Məscidində qanlı qətl hadisəsi baş verib. Rayonun Qarxun kənd sakini, molla Qasım Məmiyev məscidin həyətində Şərur şəhər sakini, məscidin axundu Hacı Əkbəri və onun müavini olan Siyaqut kənd sakini Qəzənfər Quliyevi bıçaqla qətlə yetirib. Adının çəkilməsini istəməyən mənbənin dediyinə görə, hadisə münaqişə zəminində baş verib. Axund və onun müavini digər mollalara dini mərasimləri keçirmək üçün vəsiqə təqdim etsələr də, molla Qasım Məmiyevə vəsiqə verilməyib. Ona yas mərasimlərində mollalıq etmək qadağan olunub və mərasimlərdə iştirak etdiyi halda hüquq mühafizə orqanlarına şikayət ediləcəyi bildirilib. Bundan sonra o, böyük bir bıçaqla məscidin həyətinə gələrək axund və onun müavinini bıçaqla vurub. Yaralılar xəstəxanaya çatdırılsalar da 15 dəqiqədən sonra hər ikisi keçinib. Hadisəni törətdikdən sonra Qasım Məmiyev polisə təslim olub. Hüquq mühafizə orqanlarının verdiyi məlumata görə faktla bağlı cinayət işi açılıb və araşdırma aparılır. Foto: http://www.nakhchivan.org.az/component/option,com_datsogallery/Itemid,30/func,detail/catid,88/id,589/ |