|
MUXTAR RESPUBLİKADA KARTOFUN KİLOSU 1 MANAT 40 QƏPİYƏ SATILIR |
|
|
|
09.02.2010 16:52 |
 Dünən (08.02.10) Şərur rayon bazarında yerli sakinlərlə rayon icra hakimiyyətinin müavini və İqtisadi İnkişaf Nazirliyinin əməkdaşları arasında mübahisə yaranıb. Buna səbəb Naxçıvan Muxtar Respublikasında ərzaq məhsullarının qiymətinin Bakı və Azərbaycanın digər bölgələrindən kəskin şəkildə baha olması olub.
Bu barədə məlumatı RATİ-nin Naxçıvandakı bölgə müxbirinə adlarının çəkilməsini istəməyən Şərur rayon sakinləri məlumat verib. “Gündəlik istifadə olunan məhsulların qiyməti çox bahadır. Bu isə bizim aylıq qazancımızla uyğun deyil. Son vaxtlar kartofun qiyməti 1 manat 60 qəpiyə qaldırılıb. Eləcədə digər məhsulların da qiyməti süni şəkildə qaldırılır. Qiymətlərin qalxmasına səbəb isə son vaxtlar İran və Türkiyədən Muxtar Respublikaya vətəndaşların ərzaq məhsullarını gətirilməsinə qoyulan qadağadır”, - deyə qeyd edən mənbə onu da bildirib ki, Naxçıvana kənardan ərzaq məsullarının buraxılmamağını yerli məhsulların istehsalını və satışını stimullaşdırmaqla əlaqələndirilər. Amma indi Naxçıvanda yerli kartof yoxdur. Kartof kimlərsə tərəfindən Türkiyədən Naxçıvana gətirilir və yerli məhsul adını ilə qat-qat baha qiymətə satılır. Sadə sakinlərə isə bu və digər ərzaq məhsullarının gömrüklərdən keçirilməsinə icazə verilmir. Qeyd edək ki, Şərur rayon bazarında sakinlərlə Şərur rayon icra hakimiyyətinin müavini və İqtisadi İnkişaf Nazirliyinin əməkdaşları arasında baş vermiş mübahisədən sonra bazarda kartofun satış qiyməti 90 qəpiyə endirilib. Buna baxmayaraq Muxtar Respublikada bir sıra ərzaq məhsullarının qiyməti mərkəzdən və digər bölgələrdən baha olaraq qalmaqdadır. 50 kiloqramlıq unun qiyməti 30 manat, yumurtanın bir ədədi isə 17-20 qəpikdir. Analitiklərə görə, Naxçıvanda ərzaq məhsullarının qiymətinin baha olması Muxtar Respublikada inhisarın mövcudluğuna işarədir.
Foto: http://www.nakhchivan.org.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,89/ E. Abbasov H. Mehdiyev
|