|
MUXTAR RESPUBLİKA OMBUDSMANININ SAYTI YARADILIB |
|
|
|
12.02.2010 03:12 |
 Nəhayət Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkilinin (Ombudsman) rəsmi internet səhifəsi yaradılıb.
Muxtar Respublika Ali Məclisinin orqanı olan “Şərq qapısı” qəzetinin məlumatına görə, Muxtar Respublikada insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı görülən işlər, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyət, Ombudsmana müraciət qaydaları, şikayətə baxılması qaydaları, ümumiyyətlə isə Müvəkkilin fəaliyyəti ilə bağlı məlumatların daha geniş auditoriyaya çatdırılması məqsədilə Azərbaycan, ingilis və rus dillərində təsisatın rəsmi internet (www.ombudsman.nakhchivan.az) səhifəsi yaradılıb. Yaranmış saytda MR-də insan hüquq və azadlıqları ilə bağlı görülən işlər barəsində ictimaiyyəti məlumatlandırmaq nəzərdə tutulub.
|