|
AXUND ETİQAD VƏ SƏRBƏST HƏRƏKƏT ETMƏK AZADLIĞININ POZULDUĞUNU İDDİA EDİR |
|
|
|
12.02.2010 03:16 |
 Şərur rayon Muğanlı kənd sakini, Bakı İslam Universitetinin məzunu, İran İslam Respublikasının Qum şəhərində ali dini təhsil almış, axund İmanaov Kamil Teymur oğlu hüquq mühafizə orqanları tərəfindən incidilməkdə davam edir, onun sərbəst hərəkət etmək azadlığı məhdudlaşdırır.
O, son vaxtlar bir neçə dəfə İran və Türkiyəyə getməyə cəhd etsə də hər dəfə də sərhəd keçid məntəqəsindən geri qaytarılıb. Bu haqda məlumatı RATİ-nin Naxçıvandakı müxbirinə K.İmanaovun özü verib. “Bu günlərdə 15 nəfərlik qrupla Kərbəlaya ziyarətə gedirdik. Culfa keçid məntəqəsində məni geri qaytardılar və bildirdilər ki, Türkiyəyə keçməklə oradan istədiyin yerə gedə bilərsən. Mən Sədərək keçid məntəqəsinə getdim. Amma məni oradan Türkiyəyə getməyə qoymadılar. Səbəbini soruşduqda jurnalistlərə müsahibə verməyimi əsas kimi göstərdilər və bildirdilər ki, get sənə həmin jurnalistlər kömək etsin”, - deyə K.İmanaov deyib. Sədərək keçid məntəqəsindən isə müxbirimizə axundun məsələsindən məlumatsız olduqlarını bildiriliblər.
Xatırladaq ki, K.İmanovdan dini geyim geyməmək tələb olunub. Vaxtaşırı müxtəlif bəhanələrlə o MTN-nin Şərur rayon şöbəsinə çağrılaraq izahatı alınıb, kimlərə işləməsi və nə məqsədlə Qum şəhərində oxuması haqda sorğu-sual edilib, saatlarla qanunsuz olaraq MTN-də saxlanılıb. Bir neçə dəfə qıssa müddətə həbs olunaraq müvəqqəti saxlama təcridxanasında saxlanılıb. Yaşadığı kənddə baş verən hər bir hadisəyə görə onu günahkar hesab ediblər. Hətda mal-qara, toyuq–cücə oğurluğu olanda belə onu həbs edib dindirirlər. Bunların hamısına səbəb onun Qum şəhərində təhsil alması olub. O mərhum prezident Heydər Əliyevin Naxçıvan Ali Məclisinin sədri olduğu dövr ilk dəfə Naxçıvandan İran İslam Respublikasının Qum şəhərində təhsil almaq üçün rəsmi qaydada göndərdiyi 55 nəfərdən biridir.
|