|
FERMERLƏR DÖVLƏTİN YARDIM OLARAQ ONLARA AYIRDIĞI GÜBRƏNİ ALA BİLMİRLƏR |
|
|
|
13.02.2010 01:47 |
 Naxçıvan Muxtar Respublikasında fermerlər əkin sahələri üçün dövlət tərəfindən yardım olaraq onlara verilməsi nəzərdə tutulan gübrəni ala bilmədiklərini bilmirlər. Bunu RATİ-nin Naxçıvandakı müxbirinə adlarının çəkilməsini istəməyən bir qrup Şərur rayonundan olan fermer deyib.
“Fermerlərin 20-30 faizi gübrə ala bilib. Gübrə alanlar da icra strukturlarında işləyənlə yaxın adamlardır. Başqalarına isə gübrə verilməyib. Qışın çıxmasına az qalıb. Gübrəni isə əsasən qış aylarında qar olarkən zəmilərə vermək daha sərfəlidir. Məhsuldarlığın artırılması üçün zəmilərə mütləq azot gübrəsi verilməlidir. Dövlət tərəfindən əkin sahələrinin hər bir hektarına 100 kiloqram azot gübrəsi vermək nəzərdə tutulub. Bizə gübrənin gəlmədiyini bildirirlər. Anbarlarda isə yetərincə azot gübrəsi var. Aqrolizinqlər də gübrəni pulla satılırlar”, – deyə adının çəkilməsini istəməyən mənbə qeyd etdi. Fermerlər onu da bildiriblər ki, keçən ilin oktyabr ayında onlar fosfor gübrəsi ilə təmin olunmalı idilər. Həmin vaxt da onlara fosfor gübrəsi verilməyib və gübrə mənimsənilib. Məsələyə aydınlıq gətirmək üçün MR Aqrolizinqinin sədri Vasif Məmmədovla telefon vasitəsi ilə əlaqə saxlamağa dəfələrlə çalışsaq da o, zənglərimizi cavablandırılmadı.
Foto: http://www.nakhchivan.org.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,90/ E. Abbasov H. Mehdiyev |