01.10.2009
Nakhchivan City resident, 57 years old Mahammad Gurbanov, who was placed in the Psychiatric Hospital in the Nak...
30.12.2008
There are no translations available.24 dekabr 2008-ci il tarixdə Sədərək rayon Heydərabad qəsəbəsi sakinləri Və...
30.09.2009
Nakhchivan Autonomous Republic is getting ready to host the heads of Turkish Language States. Cleaning activiti...
02.05.2008
750 nurses working in Nakhchivan are in danger of being dismissed from their jobs. ...
| This website was created with support from: |
{nomultithumb} ![]() |
By A Web Design Company
| PREZİDENTƏ ŞİKAYƏT YAZDIĞI ÜÇÜN 58 YAŞLI NAXÇIVANLI 1,6 İL MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLDİ |
|
|
| Monday, 29 December 2008 18:10 | |||
|
There are no translations available. N. Əliyev bu cəzaya Muxtar Respublika Daxili İşlər naziri Əhməd Əhmədovun xüsusi ittiham qaydasında qaldırdığı iddiaya görə layiq görülüb. Qohumlarının dediyinə görə, N. Əliyev şəkər xəstəsi olduğu üçün 10 il ərzində təqaüd alıb. 2 il bundan əvvəl onun təqaüdü dayandırılıb. O, problemə görə Naxçıvan Muxtar Respublikasının sabiq əhalinin sosial müdafiəsi naziri Azər Ələkbərovdan Azərbaycan Respublikasının prezidentinə və digər aidiyyatı orqanlara şikayət ərizəsi yazıb. 15 oktyabr 2008-ci il prezident seçkilərindən bir-neçə gün əvvəl Muxtar Respublika daxili işlər naziri Ə. Əhmədov N. Əliyevi yanına çağıraraq şikayətini geri götürməyi ondan tələb edib. Şikayətini geri götürməyən N. Əliyev 5 gün qanunsuz olaraq DİN-də saxlanılıb. Qanunsuz həbsdən azad olunandan sonra isə o, daxili işlər naziri Ə. Əhmədovdan prezident İlham Əliyevə və digər ünvanlara şikayət ərizəsi yazıb. Dekabrın 3-də isə zəng edib onu məhkəməyə dəvət ediblər. N. Əliyevin axşam evə dönmədiyindən narahat olan qohumlarına səhər məlum olub ki, atıq o həbs edilib. Belə ki, N. Əliyevin həbsindən 26 günün keçməsinə baxmayaraq hələ də ona qohumları ilə görüş verilməyib. Məhkumu vəkillə təmin etmək üçün maddi imkanı olmayan Əliyevlər ailəsi hətta N. Əliyevin həbsindən apellyasiya şikayəti də verə bilməyib. “Novruz Əliyev müxtəlif ünvanlara Muxtar Respublika Daxili İşlər Nazirindən şikayət ərizələri yazıb. Yazdığı şikayətlərdə əsasız olaraq naziri Cinayət Məcəlləsinin 16 maddəsi ilə ittiham edib. Bunlardan 9-u ağır, 1 isə xüsusi ağır cinayətdə ittihamdır. Novruz Əliyev vəzifəli şəxsə böhtan və şər atdığı üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 maddəsi ilə təqsirli bilinərək bir il altı ay müddətinə azadlıqdan məhrum edilib. Apelliyasiya şikayəti verməsi üçünsə ona heç kim mane olmayıb”. Bunu isə RATİ əməkdaşlarına Naxçıvan şəhər Məhkəməsinin sədri Hüseyn Məmmədov deyib.
|