01.10.2009
Nakhchivan City resident, 57 years old Mahammad Gurbanov, who was placed in the Psychiatric Hospital in the Nak...
30.12.2008
There are no translations available.24 dekabr 2008-ci il tarixdə Sədərək rayon Heydərabad qəsəbəsi sakinləri Və...
30.09.2009
Nakhchivan Autonomous Republic is getting ready to host the heads of Turkish Language States. Cleaning activiti...
02.05.2008
750 nurses working in Nakhchivan are in danger of being dismissed from their jobs. ...
| This website was created with support from: |
{nomultithumb} ![]() |
By A Web Design Company
| HEYDƏRABAD GƏNCLƏRİ POLİS İŞGƏNCƏSİNƏ MƏRUZ QALIB |
|
|
| Tuesday, 30 December 2008 17:25 | |||
|
There are no translations available. Məlumatı RATİ-nin Naxçıvan bölgə müxbirinə işgəncəyə məruz qalmış gənclərin anaları bildiriblər. Onların dediyinə görə, 24 dekabr axşam saat 21.00 radələrində övladlarını Sədərək rayon Polis Şöbəsinin cinayət axtarışı bölməsinin rəisi Anar Əliyev evdən çağıraraq şöbəyə aparıb. Bir saat keçdikdən sonra gənclərin valideynləri Polis Şöbəsinə gedərək övladlarının nədən ötrü saxlanıldığını soruşublar. Rəis müavini Dağbəyi Ələkbərov bildirib ki, guya gəncləri Heydərabad qəsəbəsində quraşdırılmış yeni il yolkalarından birinin işıqlarının sıradan çıxardıqları üçün saxlayıblar. Gənclər 25 dekabr səhər saat 11.00-a qədər şöbədə saxlanılıb. Sərbəst buraxılan gənclərdən saat 18.00-dan sonra küçəyə çıxmamaq haqda iltizam alınıb. Valideynlərinin sözlərinə görə, onlara şöbənin rəisi Fariz Məmmədov, rəis müavini Dağbəyi Ələkbərov və Anar Əliyev işgəncə verilib. Polis qayçı ilə gənclərin saçlarını kəsilərək onlara mənəvi-psixoloji təzyiq də edib. Baş verənlərlə bağlı valideynlər Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə, Muxtar Respublika Daxili İşlər Naziri Əhməd Əhmədova şikayət ərizəsi ilə müraciət ediblər. Valideynlər İlham Əliyevdən atası Heydər Əliyevin adını daşıyan Heydərabad qəsəbəsində qanunları pozan polis işçilərinin cəzalandırılmasını tələb edirlər. Əks təqdirdə analar Azərbaycan vətəndaşlığından imtina edəcəklərini bildiriblər. Hadisə ilə bağlı Sədərək rayon polis şöbəsinin rəisi Fariz Məmmədovla görüşdükdə isə o, RATİ əməkdaşlarına bildirib ki, həqiqətən adları çəkilən gəncləri Polis Şöbəsinə dəvət edilib, dindirildikdən sonra evlərinə buraxılıblar.
H. Mehdiyev E. Abbasov
|