|
ANA OĞLUNU QƏTLƏ YETİRƏNLƏRİN AZADLIQDA OLDUĞUNU İDDİA EDİR |
|
06.09.2010 17:20 |
 13 avqust 2010-cu il tarixdə səhər saat 5 radələrində yaşadığı evdən çağırılaraq bıçaqla qətlə yetirilən 1980-ci il təvəllüdlü Bayramov Mamed Rövşən oğlunun ailə üzvləri Naxçıvan şəhər prokurorluğunun işlə bağlı apardığı istintaqın gedişindən narazıdır. Bu haqda məlumatı RATİ-nin Naxçıvandakı müxbirinə qətlə yetirilmiş M.Bayramovun anası Bayramova Yasəmən Abbas qızı bildirib. |
|
Daha ətraflı…
|
|
MÜSAVAT PARTİYASI NAXÇIVAN MUXTAR RESPUBLİKA ALİ MƏCLİSƏ KEÇIRILƏCƏK SEÇKILƏRI BOYKOT EDƏCƏK |
|
03.09.2010 16:54 |
|
7 noyabr 2010-cu ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçiriləcək seçkilərin Müsavat Partiyasının yerli təşkilatı tərəfindən boykot edilməsi gözlənilir. Buna səbəb Naxçıvanda seçki öncəsi mühitin gərginliyi, seçki dairələrinin və məntəqələrinin yerli hakimiyyətin nəzarətində olması, eləcə də partiya nümayəndələrinin hədələrə məruz qalmalarıdır. Bunu RATİ-nin Naxçıvandakı müxbirinə Musavat Partiyasının yerli təşkilatın sədri Meydan Babayev bildirib. |
|
Daha ətraflı…
|
|
NAXÇIVANDA JURNALİST VƏ HÜQUQ MÜDAFİƏÇİLƏRİNƏ QARŞI TƏZYİQLƏR DAVAM EDİR |
|
02.09.2010 16:50 |
 Seçki öncəsi RATİ-nin Naxçıvandakı bölgə müxbirləri Elman Abbasov, Həkimeldostu Mehdiyev və jurnalist, “Demokratiya və QHT-lərin İnkşaf Resurs Mərkəzi”-nin əməkdaşı İlqar Nəsibova qarşı təxribatlar və təzyiqlər başlayıb. Bu barədə RATİ-yə H.Mehdiyev məlumat verib. |
|
Daha ətraflı…
|
|
ATƏT-İN BAKI OFİSİNİN RƏHBƏRİ NAXÇIVANA SƏFƏR EDİB |
|
01.09.2010 16:31 |
ATƏT-in Bakı Ofisinin rəhbəri Əli Bilgə Cankorel Naxçıvan Muxtar Respublikasına səfərdədir. Səfər çərçivəsində səfir Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovla görüşüb. Görüş zamanı noyabr ayında keçiriləcək parlament seçkiləri, Muxtar Respublika Ali Məclisinə seçkilər, seçki məcəlləsi , Naxçıvanda ictimai-siyasi vəziyyət və ATƏT-lə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub. |
|
Daha ətraflı…
|
|
“BAKCELL” ŞİRKƏTİ MÜŞTƏRİLƏRİNİ ALDADIR |
|
31.08.2010 16:50 |
 Son zamanlar “Bakcell” Şirkəti müxtəlif kompaniyalar keçirməklə müştərilərini aldadır. Bu kompaniyalardan birində 888 nömrəsi ilə müştərilərə ardıcıl olaraq əsəbiləşdirici SMS-lər göndərilməklə onları cavab yazmağa məcbur edirlər ki, bu zamanda onlardan çoxlu sayda kontur silinir. Müştərilər isə həm əsəbiləşdirici, təhqiredici SMS-lərin göndərilməsi, həmdə çoxlu sayda konturlarının silinməsindən şikayətlənirlər. Bu haqda məlumatı RATİ-nin Naxçıvandakı müxbirinə “Bakcell” müştəriləri bildiriblər. |
|
Daha ətraflı…
|