AVROPA ŞURASININ İNSAN HÜQUQLARI ÜZRƏ KOMİSSARI TOMAS HAMMERBERQ NAXÇIVANA SƏFƏR EDİB
03.03.2010 13:10
Dünən (02.03.10) Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Tomas Hammerberq Naxçıvan Muxtar Respublikasına səfər edib. Komissar səfərini Naxçıvanda olan müstəqil QHT və mətbuat nümayəndələri ilə görüşlə başlayıb.
Dünən saat 19.00-da Hammerberq “Duzdağ” otelində RATİ-nin Naxçıvandakı müxbirləri Elman Abbasov, Həkimeldostu Mehdiyev, Demokratiya və QHT-lərin İnkşaf Resurs Mərkəzinin sədri Məlahət Nəsibova və Mərkəzin əməkdaşı İlqar Nəsibovla görüşüb. Görüş zamanı Naxçıvanda son vaxtlar baş verən Bənəniyar hadisələri, insan hüquqları, mətbuat və söz azadlığının vəziyyəti müzakirə olunub.  

Səfər proqramı çərçivəsində komissarın Ali Məclisin sədri Vasif Talıbov, Muxtar Respublika İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Ülkər Bayramova ilə görüşü, Bənəniyar kəndinə səfəri və Naxçıvanda yerləşən Ruhi Xəstəliklər Dispanserinə baş çəkməsi nəzərdə tutulub.

Foto:
http://www.nakhchivan.org.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,92/