HAMMERBERQİN NAXÇIVAN SƏFƏRİ BAŞA ÇATIB
03.03.2010 22:23
Bu gün axşam saatlarından (03.03.10) Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Tomas Hammerberqin  Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb. Komissar onu müşahidə edən nümayəndə heyyəti ilə birlikdə Bakıya qayıdıb. Bu barədə RATİ-nin Naxçıvandakı müxbiri Elman Abbasov məlumat verib. Naxçıvan Beynəlxalq Hava limanında Tomas Hammerberq jurnalistlərə  görüşsə də, o  Muxtar Respublikaya səfərinin təfərruatları barədə məlumat verməyib.

Komissarın Naxçıvanda nəzərdə tutulan bütün görüşləri baş tutub. Naxçıvanda olan müstəqil QHT və mətbuat nümayəndələri,  Muxtar Respublika İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Ülkər Bayramova, Ali Məclisin sədri Vasif Talıbovla görüşüb. O Naxçıvanda yerləşən Ruhi Xəstəliklər Dispanserinə baş çəkib və Bənəniyar kəndində olub.

“Ali Məclisin sədri ilə uzun müzakirələrimiz oldu. Tövsiyələrimiz doğurdan da çox ciddi qəbul olundu. Başlanğıc əlaqələr üçün bu yaxşı haldır. Bənəniyarda baş verən hadisələrlə bağlı fərqli tərəflərin hamısı dinlənilib. Hələ qarşıda iki gün çox gərgin görüşlərimiz var. İndidən hansısa fikiri söyləmək tezdir. Sonda Bakıda mətbuat konfransı keçiriləcək və daha geniş məlumat veriləcək. Gəldiyimiz qənaətlər isə hesabatlarımızda öz əksini tapacaq”, - deyə Komissar müxbirlərə bildirib.

Qeyd edək ki, Tomas Hammerberq  Azərbaycana 5 günlük səfər  edib və  o səfərin bir gününü Naxçıvanda keçirib. Komissarın Azərbaycana səfərinin məqsədi ədliyyə, pentensioner xidmət, polisin davranışı, mətbuat və söz azadlığı, içtimai təşkilatlarla bağlı 3 bölmədən ibarət hesabat hazırlamaqdır.  


Foto:
http://www.nakhchivan.org.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,93/